BMT Baş katibi Qazaxıstanda səfərdədir

BMT Baş katibi Qazaxıstanda səfərdədir

BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda səfərdədir.

Bu barədə BMT-nin Almatı nümayəndəliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Qazaxıstana vacib səfərin başlanğıcıdır.

Quterreş Qazaxıstanın daxili işlər nazirinin birinci müavini Akan Raxmetullin, Qazaxıstanın BMT yanındakı daimi nümayəndəsi Kayrat Umarov və BMT-nin Qazaxıstandakı daimi əlaqələndiricisi Mikaela Friberq-Stori tərəfindən qarşılanıb.