Çanaqqalada meşə yanğını başlayıb

Çanaqqalada meşə yanğını başlayıb

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda meşə yanğını başlayıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əraziyə yanğınsöndürənlər, o cümlədən helikopterlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.