Çexiyanın paytaxtı Praqada iki sərnişin qatarı toqquşub. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Lent.ru məlumat yayıb.
“Praqada Libnidə iki sərnişin qatarı toqquşub, on nəfərə yaxın insan xəsarət alıb"- materialda deyilir.
"Çuprova küçəsindəki hadisə yerinə yanğınsöndürmə xidməti və polis cəlb olunub”, - deyə Praqa Xilasetmə Xidmətinin sözçüsü Jana Poçtova bildirib.
Praqa yanğınsöndürmə idarəsinin nümayəndəsi Voytech Sosna dəqiqləşdirib ki, qurbanların təxliyəsi körpüdən xüsusi platformalardan istifadə etməklə həyata keçirilir.
Havar Şəfiyeva