Çin prezidenti Si Cinpin bildirib ki, Pekin 2026-cı ildə ərəb ölkələri ilə ikinci sammit keçirəcək. "Yeni Azərbaycan" xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
"2026-cı ildə Çinin ikinci Çin-Ərəb Sammitini keçirəcəyini elan etməkdən məmnunam", - Çin lideri qeyd edib.
O əlavə edib ki, bu tədbirin keçirilməsi Çinin ərəb dövlətləri ilə münasibətləri üçün əsas məqam olacaq.
Xatırladaq ki, bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bildirib ki, Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi qəbul edilməsi indi həmişəkindən daha aktualdır.
Havar Şəfiyeva