Rusiya MDB-də müşahidəçi statusunun təsis olunmasını təklif edir.
AZƏRTAC xəbər verir ki, bu təkliflə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələrinin iclasında çıxış edib.
O bildirib ki, MDB-nin Bişkekdə keçirilmiş sammitində təşkilatın nəzdində müşahidəçi və tərəfdaş statusunun təsisi üçün hüquqi baza yaradılıb.
Diplomat yaxın vaxtlarda müşahidəçi statusuna gələcək namizədlərin və digər prosedur məsələlərinin ekspertlər səviyyəsində müzakirəsinə başlanılması təklifini də irəli sürüb.