İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ prezidenti Co Baydenlə mövcud fikir ayrılıqlarından danışıb və onların aradan qaldırıla biləcəyinə əminliyini bildirib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
“Bizim tez-tez razılaşmalarımız olub, lakin fikir ayrılıqları da olub. Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, indi də mövcud problemlərin öhdəsindən gələcəyik”, - deyə İsrailin baş naziri bildirib.
Qeyd olunur ki, o, yəhudi dövlətinin özünü qorumaq üçün əlindən gələni etmək niyyətində olduğunu da vurğulayıb.
Havar Şəfiyeva