Türkiyənin Balıkəsir bölgəsində meşəlik ərazidə yanğın başlayıb.
“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə yerinə 5 helikopter, 5 su tankeri, 2 təyyarə, 1 təcili tibbi yardım maşını cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Hadisənin səbəbi hələ ki, məlum deyil.