Ukraynanın Dnepr şəhərində partlayışlar baş verib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Ukraynanın "TSN" telekanalı məlumat yayıb.
Qeyd ek ki, Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Dnepropetrovsk vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Ukrayna mətbuatının məlumatına görə, bir neçə saat əvvəl Kiyev, Xarkov, Sumı və Ukraynanın digər şəhərlərində partlayış səsləri eşidilib.
Havar Şəfiyeva