Zimbabve BRİCS-ə qoşulmaq istəyir

Zimbabve BRİCS-ə qoşulmaq istəyir

Zimbabve prezidenti Emmerson Dambudzo Mnanqaqva Vladimir Putinlə ölkəsinin BRİCS-ə qoşulması məsələsini müzakirə edib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ölkə prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda  informasiya agentliyinə müsahibəsində Zimbabvenin ittifaqa üzv olmaq istədiyini bildirib. “Bəli, mən bu barədə prezident Putinlə təkbətək görüşdə danışdım. Mən bu mövzunu əvvəllər qardaşım Cənubi Afrika prezidenti Siril Ramafosa ilə müzakirə etmişəm. Bu, bizim arzumuzdur”, - deyə  Mnanqaqva bildirib.

Siyasətçi qeyd edib ki, artıq BRİCS-in bir hissəsi olan ölkələrin heç biri Zimbabvenin üzvlüyünə etiraz etmir. 

Havar Şəfiyeva