Şirkət “Premium” tariflərinin eksklüziv üstünlüklərini genişləndirir
“Azercell Telekom” MMC “Premium” tarifləri çərçivəsində təqdim etdiyi əlavə üstünlükləri zənginləşdirməyə davam edir.
Bu dəfə şirkət “Premium” və “Premium+” tariflərinin istifadəçiləri üçün yeni tərəfdaşlıq kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər “Atəşgah” sığortanın “Səyahət sığortası” xidmətindən 20 faiz endirimlə yararlana biləcəklər. Xarici səfərlər zamanı yarana biləcək müxtəlif risklərə qarşı təminat təqdim edən bu xidmət “Azercell” abunəçilərinə daha rahat və təhlükəsiz səyahət təcrübəsi qazandırır.
“Premium” və “Premium+” tariflərinin abunəçiləri kampaniyadan yararlanmaq üçün “Azercell” tətbiqinin “Eksklüziv təkliflər” bölməsindəki “Atəşgah” səyahət sığortası banneri vasitəsilə müraciət edə bilərlər.
Kampaniya haqda ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/premium-plus.html