Dünya bazarlarında neftin qiyməti artıb. Bahalaşmanı dəstəkləyən əsas amillər kimi ABŞ dollarının digər valyutalara nisbətdə zəifləməsi və “Saudi Aramco”nun qiymətləri artması göstərilir.
Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,6% bahalaşaraq 1 bareli 120,44 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,63% artıb və 1 bareli 119,62 ABŞ dolları təşkil edib.