Mədəniyyət naziri Lerikdə vətəndaşların müraciətini dinləyəcək

Mədəniyyət naziri Lerikdə vətəndaşların müraciətini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyulun 11-də, saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi, 22 ) Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək.

Bu barədə Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar iyulun 7-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.