Rumıniyanın paytaxtı Buxarest şəhərində “Buxarest Beynəlxalq Məktəbi” (İSB) tərəfindən “İnfomatrix” kompüter layihələrinin Olimpiadası keçirilib. Olimpiadada iştirak edən 30 ölkədən olan şagirdlər 100-dən artıq layihə təqdim ediblər. Bu barədə SİA-ya Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.
Olimpiada da Azərbaycandan Bakı “Dədə Qorqud” Liseyi, Bakı özəl Türk Liseyi, Sumqayıt özəl Türk Liseyi və Lənkəran özəl Türk Liseylərindən 5 müəllim və 8 şagird iştirak edərək, 4 bürünc və 1 gümüş medal qazanıblar. Azərbaycan nümayəndə heyəti Buxarestdə yerləşən “Tey Parkı - Heydər Əliyev Parkı” və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə tanış olublar. Olimpiadadan sonra, nümayəndə heyətimiz ilə səfirlikdə görüş keçirilib və medal qazanan şagirdlər təbrik olunublar.