İdxal olunan bitki tərkibli spred yağı istehsalçı ölkəyə qaytarılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Vita Milk" MMC-nin idxal etdiyi bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, sınaq nəticəsində “Крестьянское Чудо” əmtəə nişanlı bitki tərkibli spred yağı məhsulu partiyasında 3-monoxlorpropan 1,2-diol (3-MCPD) göstəricisi üzrə uyğunsuzluq aşkar edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Qəbul olunmuş müvafiq qərar əsasında ümumi çəkisi 20 ton məhsul istehsalçı ölkəyə geri qaytarılıb.