Ramiz Mehdiyev YAP-dan çıxarılıb

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib.

İclasda Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibi formalaşıb. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul olunub.

Qərar YAP İdarə Heyətinin qurultaydan sonra keçirilən ilk iclasında müzakirə edilib.

Veteranlar Şurasının say tərkibi də dəyişib. Belə ki, şurada 35 nəfər təmsil olunacaq.