Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələr qarşıda yeni hədəflər müəyyən edir

Sabirabad rayon “Gigiyena və Epidemiologiya Mərkəzi” Ərazi Partiya Təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şıxəliyev, YAP fəalları Yaqub Tağıyev və Kənan Qədirov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqində müəyyənləşdirilən strateji istiqamətlərin əhəmiyyətindən, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın davam etdirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs olunub.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının qarşısında duran vəzifələrə toxunulub, partiya üzvlərinin ictimai fəallığının artırılmasının, ideoloji və maarifləndirmə işinin gücləndirilməsinin, əhali ilə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin ərazi partiya təşkilatının fəaliyyətində əsas istiqamətlərdən biri kimi nəzərə alınmasının, qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.