Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 93” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri Prezident və Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi strateji hədəflər və gələcək fəaliyyətin əsas istiqamətləri ilə bağlı növbəti görüş keçirilib.
Görüşdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, milli maraqların qorunması, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin əhəmiyyəti və cəmiyyətin həmrəyliyinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, dövlətimizin uğurlarının təbliği, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və informasiya mühitində milli maraqlara uyğun mövqenin qorunması vacib istiqamətlər kimi qeyd edilib.