Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda iştirak edəcək idmançı sayı bəlli olub.

Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnirdə 44 ölkədən ümumilikdə 216 üzgüçü mübarizə aparacaq.

Qeyd edək ki, yarış oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bakı mərhələsində dünyanın güclü üzgüçüləri müxtəlif məsafələrdə qüvvələrini sınayacaqlar.