Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Ötən ay ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 63 milyard 621,7 milyon manat, cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838,7 milyon manat olub.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, sentyabr ayında bankların cəmi aktivləri 1,8 faiz, cəmi öhdəlikləri 1,9 faiz, balans kapitalı isə 1,1 faiz artıb.