YAP Samux rayon  təşkilatının ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlı bağlı silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr mövzusunda  YAP Samux rayon təşkilatının Gigiyena və Epidimologiya  Mərkəzi üzrə  ərazi partiya təşkilatında tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini  Sevinc Xəlilova  qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışı partiyanın gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirməklə yanaşı, ölkəmizin dinamik inkişaf strategiyasına yeni təkan verib.

Sevinc Xəlilova bildirib ki, partiya sıralarının keyfiyyət tərkibinin yaxşılaşdırılması, ideoloji işin dövrün tələblərinə uyğun olaraq daha da gücləndirilməsi və gənclərin ictimai-siyasi fəallığının artırılması hər bir ərazi partiya təşkilatının əsas vəzifələrindən biridir.

Sonra ərazi partiya təşkilatının fəalları çıxış edərək Qurultay qərarlarından irəli gələn vəzifələrin icrası istiqamətində səylərini daha da artıracaqlarını və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirəcəklərini bildiriblər.