Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Psixoloq: "Maddə asıllığı olan şəxslərin ailələri ilə mübarizə metodları müzakirə olunmalıdır"

Psixoloq: "Maddə asıllığı olan şəxslərin ailələri ilə mübarizə metodları müzakirə olunmalıdır"

23.04.2024 [14:32]

Mübarizə üçün maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq insan üçün böyük bəla sayılan narkomaniya dünyanın bir çox ölkələrində geniş yayılıb. 

Bu gün ölkəmizdə həyata keçirilən narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumidövlət səviyyəsinə qaldırmış və hazırda bu strateji kurs  müvəffəqiyyətlə davam etdirilir. Heç kəsə sirr deyil ki, narkomaniya təkcə bu günün problemi deyil, uzun illərdir ki, cəmiyyət  bu vərdişlə mübarizə aparır. Bəs narkomaniyaya qurşanmağının əsas səbəbləri  hansılardır? 

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev "Yeni Azərbaycan" - a açıqlamasında narkoasılılığa səbəb olan bir çox  faktorları qeyd edib. 

"Narkotikə qurşanmağın əsas səbəbi şəxsin özündə tapa bilmədiyi hissi  narkotikdə tapması prosesi kimi dəyərləndirə bilərik. Buna səbəb uşaqlıqda baş verən müəyyən proseslərdir ki, şəxsiyyətin formalaşmasına maniəçilik törətməsində rol oynayır. Narkotik qısa müddətlik çıxış yolu kimi görünsədə sonrakı həyatda ciddi şəkildə rol oynayır və insanı özünə məhkum edən bir vasitədir. Və görülən işlərə, atılan addımlara baxmayaraq həmin  prosesin dayandırılması çətin olur".

Qeyd edək ki, aparılan araşdırmalar narkotikdən istifadəni genetik faktorla əlaqələndirirlər. Amma son tədqiqatlar bunun məhz uşaqlıqda baş verən psixoloji travmaların nəticəsində baş verdiyini bildirir.

R. Allahverdiyev bildirir ki, narkotikə qurşanan şəxsin düşüncələri emosional olduğuna görə məntiqi düşüncə ikinci planda qalır: "Tez böyümək istəyi, diqqət mərkəzində olmaq, başqalarının əhatəsində özünü böyük kimi göstərmək  və s hisslərə sahib olan  insanlar narkotikə qurşanmağa daha tez meyillidirlər. Burada əsas məsələ diqqətli olmağımızdır. Valideyn və övlad arasındakı əlaqə, empatiya belə məqamlarda çox önəmlidir. Narkotikə aparan  əsas yollardan biri övlad və valideyn arasındakı müəyyən boşluqlardır. Burada ikinci bir məsələ narkotik istifadə edən şəxslərə yanaşma tərzidir".

Bəs narkomaniyadan əziyyət çəkən şəxsin müalicəsi zamanı diqqət yetirəcəyimiz məqamlar hansılardır? Narkomaniyanın müalicəsi zamanı şəxsin istifadə etdiyini maddənin  növü, müddəti, onun insan psixologiyasına vurduğu zərəri nəzərə alınır. Bəzi maddələr var ki, şiddətli şəkildə ağrılar verir. Belə zamanda lazimi terapiyalar aparılır. Bu kimi proseslər maddədən uzaqlaşdırmağın müalicə metodlarından biridir.

Psixoloq son olaraq bildirir ki,  maddə asıllığı olanda təkcə həmin şəxslə yox, ümumi aiə ilə söhbətlər təşkil olunmalı və onlarla  mübarizə metodları müzakirə olunmalıdır: "Çünki belə olduğu halda həmin şəxs maddədən, ailə isə həmin şəxsdən asılı olur".

Havar Şəfiyeva  

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31