Qafqazdan Berlinədək...
09.05.2024 [10:52]
“Bəşəriyyət bu zamana qədər iki cahan savaşına - I və II Dünya müharibələrinə şahidlik edib. Avropa və dünyanın siyasi xəritəsini dəyişdirən I Dünya müharibəsindən 21 il sonra aparıcı geosiyasi qüvvələr - nəhəng dövlətlər yenidən hərb meydanında qarşı-qarşıya gəliblər. 6 il 1 gün davam edən II Dünya müharibəsinin sonucunda dünyada çox ciddi geosiyasi dəyişikliklər baş versə, Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılsa, sərhədlər yenidən cızılsa da, nəticə bu cür dəyərləndirilib - faşizm üzərində qələbə”.
Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.
N.Qələndərli qeyd edib ki, bəşəriyyətə qarşı potensial təhlükə və real təhdid olaraq göstərilən faşizm üzərində qələbə 9 may tarixi ilə simvollaşdırılır: “Daha dəqiq desək, hər il 9 may - Qələbə Günü kimi qeyd edilir. Üzərindən 79 il keçsə də, tarixi və mənəvi-siyasi məsələlər aktuallığını itirmir, reallıqların mahiyyəti dəyişmir. Bu, ümumi zəfərdir. Yəni faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsidir. Azərbaycan xalqının bu Qələbədə böyük rolu olub - 600 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımız faşizm üzərində qalibiyyətdən 75 il sonra siyasi təqvimə daha bir Qələbə tarixini şərəflə, qürurla, ləyaqətlə və əbədi olaraq həkk etdirib: 8 noyabr - Zəfər Günü. 44 günlük Zəfər triumfu təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. Bir sözlə, Azərbaycan xalqı iki əsrdə iki dəfə faşizmin belini qırıb – başınızı əzib: XX yüzillikdə Hitler nasizminin, üçüncü minillikdə erməni vandalizminin".
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

