Asiya Qadınlar Forumunda Azərbaycan cəmiyyətində qadınların rolu barədə məlumat verilib
13.05.2024 [15:58]
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda iştirak edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, "Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda tədbirdə çıxış edən S.Qafarova gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması məsələsinin bir ölkə, bir region ilə məhdudlaşmadığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu, qlobal təsirə malik və coğrafiyasından asılı olmayaraq, hamını narahat edən məsələdir.
Azərbaycanın qadın hüquqlarının inkişafı sahəsində qazandığı nailiyyətlərdən danışan Milli Məclisin sədri Sahibə Qafarova qadınların cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olduqlarını bildirib. Vurğulayıb ki, Azərbaycan qadınlarının ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatına verdikləri böyük töhfələr ölkəmizdə qadın hüquqlarına yanaşmanı əks etdirir.
Ölkəmizdə qadınların ictimai həyatın bütün sahələrində fəal iştirak etdiklərini və yüksək vəzifələrdə çalışdıqlarını diqqətə çatdıran Milli Məclisin sədri deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi böyük ictimai-siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin, ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.
Bildirilib ki, Azərbaycan Konstitusiyası cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 2006-cı ildə qəbul edilmiş “Gender bərabərliyi haqqında” Qanun bu sahədə əsas hüquqi bazanı müəyyənləşdirir.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran Milli Məclisin sədri vurğulayıb ki, bu təşəbbüsün reallaşması qadınların hüquqlarının inkişafı üçün daha bir vacib çoxtərəfli mexanizm olacaq. Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib.
Sahibə Qafarova, həmçinin işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdış, həmçinin ölkəmizin ev sahibliyi edəcəyi COP29 barədə də məlumat verib.
Qeyd edilib ki, kişi və qadınların bərabər hüquqlara malik olması anlayışı əsas dəyərə çevrilməlidir. Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması insan hüquqlarının, sosial ədalətin əsas məsələsidir. Gələcək nəsillər naminə dünyanı yaşamaq üçün daha yaxşı yerə çevirmək üçün gender bərabərliyi problemi bu gün öz həllini tapmalıdır.
Qeyd edək ki, Forumun açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbriki səsləndirilib. Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin müavini Sima Sami Bahous, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və digərləri çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

