Daha yüksəklərə qalxmaq...
11.06.2024 [11:10]
Şamaxıda Hava Şarları Festivalı başa çatdı
Yeganə BAYRAMOVA
Daxili dünyamızı araşdırmaq üçün əlimizə bir çox fürsət düşə bilər. Məsələn, səmaya qalxdıqca dünyadan və bizi narahat edən problemlərdən uzaqlaşır, dərindən nəfəs alıb ətrafa baxanda hər şeyin nə qədər kiçik olduğunu anlayırıq. Məhz bu zaman hava şarları vasitəsilə həyatımızda baş verənləri yenidən qiymətləndirə bilirik. Əslində hava şarı macəraları təkcə səmada uçmaqdan həzz almaq deyil, həm də daxili dünyamızı araşdırmağa imkan verir.
Hava şarının inkişafı...
Hava şarları texnologiyanın irəliləməsi ilə birlikdə illər ərzində daha təhlükəsiz və daha əlçatan olub. Əsrlər əvvəl insanlar həyatlarını riskə ataraq hava şarlarında səmaya qalxsalar da, bu gün bu sehrli səyahətlər üçün müasir və güvənli materiallardan istifadə edilir. Hava şarı ilə ilk uçuş isə 1783-cü ildə fransız qardaşları Cozef Mişel Montqolfier və Jak Etien Montqolfier tərəfindən Annonay kəndində diametri 10,5 metr olan kətan parçaya dolduraraq həyata keçirilib. Hava şarı 450 metr qalxaraq 1,5 mil məsafəni 10 dəqiqəyə qət etmişdi.
Azərbaycanın ikinci təcrübəsi...
İyunun 8-i və 9-da Şamaxıda ikinci dəfə Hava Şarları Festivalı baş tutub. Unudulmaz xatirəyə çevriləcək aerostatdakı uçuş inanılmaz sərbəstlik hissi, isti küləyin qoxusu isə sevinc və xoş emosiyalar bağışlayıb. Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların keçirildiyi yerə səfər edir.
Hava şarları festivalları Avstraliyanın Kanberra, Böyük Britaniyanın Bristol, İsveçrənin Şato-Do, İspaniyanın İgualada, Kanadanın Kvebek, Nyu-Meksikonın Albukerke, Rusiyanın Velikiye Luki, Türkiyənin Kapadokiya və digər şəhərlərdə keçirilir. Azərbaycan üçün isə ötən ildən etibarən belə imkan yaranıb. Belə ki, ölkəmizdə ilk dəfə 2023-cü il iyunun 17-18-də Hava Şarları Festivalı keçirilmişdi.
Turizmin inkişafına dəstək
Bu il də iki gün davam edən festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub. Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan festivalın əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
Sözügedən festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkan oldu. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə bildilər.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41

