Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq olunub

Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq olunub

20.06.2024 [18:05]

İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şamaxı, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, İmişli, Sabirabad, Ordubad, Culfa, Neftçala, Hacıqabul, Şirvan, Saatlı, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən rayonlarında qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.

“Narıncı xəbərdarlığa uyğun olaraq Tərtər, Bərdə, Ağdam, Ağdərə, Göyçay, Yevlax, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Göygöl, Gəncə, Mingəçevir, Qobustan rayonlarında isə küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək. Lakin Ağdaş və Ucar rayonlarında küləyin sürətinin qısa müddətə güclənəcəyi və qırmızı xəbərdarlığa uyğun olaraq 30 m/s-yə çatacağı ehtimal olunur”.

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31