Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tural Əliyev: Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt olunmayacaq

Tural Əliyev: Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt olunmayacaq

24.06.2024 [13:49]

Maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biridir. Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt oluna bilməz və olunmayacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikri Zəngilan Konqres Mərkəzində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib.

T.Əliyev deyib: “Xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq. Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik”.

Bir sıra xarici dairələrin hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışdığını bildirən T.Əliyev əlavə edib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31