“Azərbaycan media landşaftı üzrə məlumat bazası” layihəsi üzrə ilk toplantı keçirilib
16.07.2024 [17:04]
İyulun 16-da Azərbaycan Mətbuat Şurasının (MŞ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində ilk toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq rəhbəri olduğu qurumun təşəbbüsünə həssas yanaşdığına görə QHT Agentliyinə təşəkkürünü ifadə edib.
R.Məcid bildirib ki, Azərbaycan media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazası yaratmaq ideyası Şuranın 2022-ci ildən nəzərdə tutduğu iş planının mühüm tərkib hissəsidir. O, belə bir bazanın vacibliyini ona duyulan ehtiyac baxımından əsaslandıraraq vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyət mərhələli və davamlıdır. Çünki ölkəmizin media mühiti daim inkişafda, yeni seqmentlər qazanmaqdadır. “Mediamızdakı dinamika istər-istəməz palitra zənginliyi yaradır. Bu zənginlik isə ortaya institusional baxışın qoyulmasını ehtiyaca çevirir. Elə bir baxış ki, ona yalnız Azərbaycanda deyil, dünyada da müraciət edilsin. Bu, informasiya cəbhəsində mübarizəmiz baxımından da önəmli amildir”, - deyən R.Məcid layihənin qarşısına qoyduğu vəzifələrin reallaşacağına əminliyini vurğulayıb. O, eyni zamanda, layihənin icrasına göstərdiyi təşkilati dəstəyə görə Medianın İnkişafı Agentliyinə və Jurnalistlərin Həmkarlar İttifaqına təşəkkürünü bildirib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb. O, bu fəaliyyətin media məkanındakı pərakəndəliyin aradan qalxmasına əhəmiyyətli töhfə verəcəyinə, həmçinin beynəlxalq miqyasda Azərbaycan mediası ilə bağlı ciddi təəssürat formalaşdıracağına əminliyini dilə gətirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması üzrə meneceri Natiq Lahıcov da Mətbuat Şurası tərəfindən qaldırılan təşəbbüsün faydalı cəhətlərindən söz açıb. O, təmsil olunduğu qurumun bunu nəzərə alaraq müvafiq dəyərləndirilmələr apardığını və layihənin icrası üçün vəsait ayırdığını diqqətə çatdırıb.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov iştirakçıları Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyası haqqında məlumatlandırıb.
Ə.Rüstəmov bu kateqoriyada “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarının yer aldığını diqqətə çatdırıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli bildirib ki, ölkəmizin media mühitini təsvir edən bütün informasiyaların vahid mənbədə toplanması bu mühit barədə detallı və obyektiv bilgi əldə etmək istəyənlərin bir mənbəyə köklənmələrinə şərait yaradacaq. Ən böyük hədəf də elə budur.
Ekspert, həmçinin layihə üzrə fəaliyyət proqramına uyğun olaraq Mətbuat Şurasının “Presscouncil.az” internet səhifəsində yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyasında ölkəmizdə informasiya dövriyyəsini tənzimləyən bütün qanunların, etik standartları müəyyən edən milli və beynəlxalq sənədlərin mətninin, fəaliyyətdə olan media subyektlərinin adlarının və keçid linklərinin yerləşdirildiyini diqqətə çatdırıb. O bildirib ki, layihə çərçivəsində görüləcək işlər nəticəsində məlumat bazası daha da zənginləşəcək. Orada, eyni zamanda, media məkanında gender balansının durumu barədə statistik göstəricilər, həmçinin bu kimi digər məlumatlar toplanacaq. Bundan başqa, sözügedən kateqoriyanın Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyəti təmin ediləcək.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli və digər çıxış edənlər “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin əhəmiyyətindən söz açaraq götürülmüş kursun sistemli və ardıcıl icrasının müsbət nəticələr doğuracağına inandıqlarını deyiblər.
Toplantıda, həmçinin iştirakçıların sualları cavablandırılıb, təklifləri qruplaşdırılıb.
Xəbər lenti
Hamısına baxElm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16

