Milli Məclisdə "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi müzakirə olunub
09.01.2010 [09:25]
Tədbiri açan Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsi iqtisadçılar qarşısında da yeni vəzifələr qoyub. Böyük ictimai rezonans doğuran məqalədə kifayət qədər təhlillər, eyni zamanda, görüləcək işlərlə bağlı konkret müddəalar var. Məqalədə qeyd olunan məsələlər ətraflı müzakirə olunmalı, iqtisadiyyat elmi barədə fikirlərə münasibət bildirilməlidir.
Vurğulanıb ki, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki nitqində ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan edib. Bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli vəzifələr qoyub. Biz artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalıyıq. Bunun üçün elm və təhsil sahəsində, o cümlədən iqtisadi sahədə islahatların aparılmasına böyük ehtiyac var.
Tədbirdə akademik Asəf Nadirov, AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Azərbaycan Universitetinin rektoru Akif Musayev, Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Məmmədhəsən Meybullayev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, AMEA-nın müxbir üzvü Əli Nuriyev, Auditorlar Palatasının sədri Vahid Novruzov, AMEA-nın şöbə müdiri Tofiq Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti Zahid Məmmədov, professorlar Bəyalı Atakişiyev, Elşən Hacızadə, Elşad Səmədzadə, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov və başqaları məsələ ətrafında çıxış ediblər.
Natiqlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində gənc alimlərin irəli çəkilməsi, tədris planlarında çatışmazlıqların aradan qaldırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, iqtisad elminin zamanı qabaqlaması ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün tədbirlərin görülməsi və digər məsələlər barədə fikirlərini açıqlayıb, rəy və təkliflərini veriblər.
Bildirilib ki, ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmayıb. Həyata keçirilən iqtisadi islahatların və dəyişikliklərin məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmasının vacibliyi vurğulanıb.
Qeyd edilib ki, maliyyə-kredit sisteminin və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı məsələlər də elmi həllini gözləyir. İqtisadçılarımız maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsinin əsas prinsiplərini araşdırmalı, kənd təsərrüfatı və sənaye məhsulları istehsalının səmərəliliyini artırmaq mexanizmlərini müəyyən etməlidirlər.
Dəyirmi masanın sonunda bildirilib ki, iqtisadçıların ümumrespublika seminarları bərpa edilməli, iqtisad elmini tənzimləyən qanunvericilik bazası yaradılmalı, bakalavr və magistr əməyinin düzgün qiymətləndirilməsi aparılmalı və “Modernləşmə xətti” adlı bülleten nəşr olunmalıdır. Tədbirə yekun vuran Z.Səmədzadə bildirib ki, müzakirələrdə səslənən fikirlər broşür şəklində çap olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

