Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətən müharibəsinin hər günü şanlı tarixdir

Vətən müharibəsinin hər günü şanlı tarixdir

07.12.2021 [17:05]

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Vətən müharibəsində Azərbaycan öz tarixinin ən parlaq qələbəsi şərəfinə ötən il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış hadisədir. Vətən müharibəsinin hər günü şanlı tarixdir. Azərbaycan Ordusu ancaq irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Xalqımız məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti nəticəsində möhtəşəm Zəfər qazandı. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan tarixi ədaləti bərpa etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında məhv etdi. Rəsmi İrəvan uzun illər öz ordusunun yenilməzliyi haqqında mif yaratmışdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, eyni zamanda Erməni mifini də məhv edib. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini göstərdi. Nəticədə noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.  Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında tab gətirə bilmədi.

Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin ilk saatlardan Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi və qələbəyə inamımızı daha da artırdı. Vətən müharibəsində qazandığımız zəfəri qardaşlığın Zəfəri də adlandırmaq mümkündür.

Ötən  il dekabrın 10-da  Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələrinin də qatıldığı paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.

Şuşa şəhəri  azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq   gətirildiyi Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Qənimət kimi ələ keçirilmiş düşmənin  hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.

Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Bir sözlə, Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib.  Bunun üçün ölkə başçısı cənab Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirmiş, ölkənin dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə isə düşünülmüş siyasət yürütmüşdür. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün də qeyd etdiyi kimi ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti davamlı olaraq möhkəmləndirilmiş, müasir silah-sursat və texnika ilə təchizatı həyata keçirilmişdir. Bir ölkədən asılı olmamaq üçün silah-texnikanın bir çox mənbələrdən alınması təmin olunmuşdur. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

Ümumiyyətlə, Vətən  müharibəsinin aparılması üçün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyi ilə çox böyük islahatlar aparılmışdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün isə siyasi və hüquqi baza yaradılmışdı.

Ölkənin iqtisadi qüdrəti qələbəmiz üçün zəmin yaratdı. Əgər ölkədə iqtisadi inkişaf və  iqtisadi müstəqillik olmasaydı, Azərbaycan  lazım olan müasir silahları əldə edə bilməzdi. Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan özünün enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi.   2006-2007-ci illərdə neft-qaz kəmərlərinin inşa edilməsi ilə ölkəyə gələn vəsaitlərin həcmi artmağa başladı və nəticədə iqtisadi müstəqillik təmin edildi. Eyni zamanda ölkə başçısı bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini Ermənistandan  yan keçirməklə bu ölkəni dalana çevirmək siyasətini həyata keçirdi. Bir sözlə, Azərbaycan inkişaf edərək işğal altında olan torpaqlarını azad etdi və tarixi qələbə qazandı.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılacaqdır. Bundan əlavə, Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Məhz bu münasibətlə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunmuşdur. Prezident cənab İlham Əliyev tərəfindən qələbənin əbədiləşdirilməsinə xidmət edən tədbirlər ölkəmizdə uğurla həyata keçirilir.

Paylaş
Baxılıb: 211 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31