/ / Azərbaycan münaqişə ocaqlarına yalnız beynəlxalq hüquq, sülh və təhlükəsizlik prinsipləri ilə yanaşıb - Ekspert
Azərbaycan münaqişə ocaqlarına yalnız beynəlxalq hüquq, sülh və təhlükəsizlik prinsipləri ilə yanaşıb - Ekspert
15.02.2022 [18:19]
Azərbaycan bütün tarixi ərzində münaqişə və müharibə ocaqlarına yalnız beynəlxalq hüquq, sülh və təhlükəsizlik prinsiplərindən çıxış edərək yanaşıb
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Qərb və Rusiya bu hərbi-siyasi qarşıdurmada daha çox dünya və region dövlətlərini öz yanlarında görmək istəyirlər. Ekspertin sözlərinə görə, Ukrayna ətrafında vəziyyət gərginləşdikcə bu prosesin təsirləri özünü yaxın və uzaq region ölkələrində aydın göstərir.
"Qərbin və Rusiyanın hərbi-siyasi qarşıdurmasında onlar daha çox dünya və region dövlətlərini öz yanlarında görmək istəyirlər.Təbii ki, Azərbaycanın kimin yanında olmasının hər iki tərəf üçün böyük əhəmiyyəti var və hər iki geosiyasi qüvvə Azərbaycanı öz düşərgəsində görmək istəyir. Azərbaycanın dünya siyasətində sabit və güclənən mövqeyi, hərbi-iqtisadi gücü, beynəlxalq təşkilatlarda nüfuzu və oynadığı rol ölkəmizi çox əhəmiyyətli mövqelərə çıxarıb. NATO və Rusiyanın Ukrayna ilə bağlı siyasət və iddiaları onların öz maraqları üzərində qurulduğu halda, Azərbaycanın hazırkı dövlət siyasəti illərin sınağından uğurla keçərək ölkənin milli təhlükəsizlik maraqlarına tam cavab verib. Eyni zamanda, qlobal sülh və təhlükəsizliyə, əməkdaşlığa öz töhfələrini verib.
Bu şəraitdə Ukrayna ətrafında baş verənlərə Azərbaycanın münasibəti heç də qarşıdurma tərəflərinin yox, Azərbaycanın özünün təhlükəsizlik maraqları üzərində davam etdirilməlidir. Azərbaycan artıq 30 ilə yaxın nüddətdə heç bir hərbi-siyasi bloka qoşulmadan qlobal təhlükəsizliyə və sülhə daha çox tohfələr verib. Azərbaycan diplomatiyasının Heydər Əliyevdən başlayaraq indiyədək şəksiz uğur şərti məhz müxtəlif bloklara qoşulmamaqdan ibarətdir. Ölkənin milli təhlükəsizlik konsepsiyası da beynəlxalq hüquqa, milli mənafelərə və müstəqil siyasət prinsiplərinə uyğun qurulub. Azərbaycanın özü əhəmiyyətli geosiyasi mövqedə yerləşdiyi üçün bütün müstəqillik dövründə fasiləsiz şəkildə təzyiqlərə məruz qalıb. Lakin Azərbaycan müxtəlif təzyiqlərdən hər dəfə uğurla çıxaraq, üstəlik, geosiyasi qütblərin maraq və mənafelərini balanslaşdıraraq dinc əməkdaşlıq yoluna məharətlə döndərə bilib", - deyə A.Quliyev bildirib.
Ekspert qeyd edib ki, məhz müstəqil daxili və xarici siyasət sayəsində Azərbaycan Avropanın enerji və hərbi təhlükəsizliyinə stabil şəkildə töhfə verməkdədir: "Qoşulmama Hərəkatının fəal üzvü və sədri kimi Azərbaycan müxtəlif beynəlxalq təşkilatların və dövlətlərin münasibətlərinin sıxlaşdırılmasında müstəsna əhəmiyyətli rol oynamaqdadır. Bu gün Ukrayna məsələsinə görə Azərbaycanı öz tərəfində görmək istəyən qüvvələr Azərbaycanın öz müstəqil siyasət kursuna bağlılığının dəyişməz olduğunu nəzərə almalı, Azərbaycanın iki qarşıduran qütb arasında vasitəçilik və barışdırıcılıq imkanlarının indi daha faydalı ola biləcəyi barədə düşünməlidirlər. Azərbaycan bütün müstəqillik dövründə beynəlxalq münasibətlərdə hamılıqla tanınmış norma və prinsiplərə ardıcıl sadiq ölkə kimi özünü göstərib. Hətta 30 ildən çox müddətdə xarici təcavüzə və aparıcı ölkələrin ikili standart siyasətinə məruz qalsa da, beynəlxalq hüquq normalarına sadiqlikdən bir addım geri çəkilmədi. Bunu da xüsusi demək lazımdır ku, Azərbaycan öz ərazi bütövlüyü naminə ədalətli Vətən müharibəsinə cəlb olunduğu vaxtlarda belə beynəlxalq hüquq və hunanitar siyasət prinsiplərini kənara qoymadı. Azərbaycan bütün tarixi ərzində münaqişə və müharibə ocaqlarına yalnız beynəlxalq hüquq, sülh və təhlükəsizlik prinsiplərindən çıxış edərək yanaşıb. Təcrübə göstərir ki, Azərbaycan öz müstəqil xarici siyasəti ilə münaqişələrin qarşısının alınmasında, həllində öz missiyasını uğurla icra edib. Dünyanın Ukrayna məsələsi ilə bağlı çox mürəkkəb beynəlxalq münasibətlərin ərafəsində olması Azərbaycan kimi ölkələrin müstəqil və tərəfsiz siyasətinin daha perspektivli olduğunu bir daha təsdiqləyir. Azərbaycanın müstəqil xarici siyasəti Ukrayna gərginliyinin də daha ağır proseslərə çevrilməsinin qarşısını almaqda təsirli rol oynaya bilər".
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24

