Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Suraxanı sakini ov silahı ilə öldürüldü

Suraxanı sakini ov silahı ilə öldürüldü

22.02.2022 [17:22]

Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Suraxanı rayon prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranmış mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Cinayət işi üzrə istintaq davam edir.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30