Məktəblilər OCEP festivalında
07.12.2022 [10:45]
Təhsildə fəaliyyət istiqamətləri genişləndirilir
G.QABİLQIZI
Gələcəyimiz birmənalı şəkildə bugünkü keyfiyyətli təhsildən, layiqli pedaqoqlardan, məktəblərdə verilən tədrisdən asılıdır. Ancaq keyfiyyətli təhsil sadəcə dərslərin tədrisi deyil. Təhsil müəssisəsinin vəzifəsi, həm də gənc nəsli gələcək həyati fəaliyyətə hazırlamaqdan ibarətdir. Məktəbdə bu iş bir neçə istiqamətdə həyata keçirilir. Belə ki, şagirdlər təhsil alır, müəyyən bilik və bacarıqlar əldə edir, cəmiyyət üçün faydalı insan və vətənpərvər vətəndaş kimi formalaşırlar. Şagirdlərin yüksək təhsil almasında, cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasında onlar üçün öyrədici və sosial mühitin yaradılması mühüm rol oynayır.
Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf etdirmək üçün onlar müxtəlif əlavə məşğələlərə cəlb edilir, digər lazımi dəstək göstərilir. Bunun nəticəsi olaraq ildən-ilə olimpiadalarda iştirak edən və müəyyən mərhələləri keçən məktəblilərin, həmçinin ali məktəbə qəbul olunan məzunların sayında və onların orta balında artım müşahidə edilir. Bu nəticələrin qazanılmasında şagirdlər üçün sağlam öyrədici mühitin yaradılmasının və onların inkişafı naminə fərdi keyfiyyətlərinin nəzərə alınmasının rolu danılmazdır. Bu, özünü elmi, təhsili, bilikləri, ümumi dünyagörüşünü, həmçinin milli-mənəvi dəyərləri özündə birləşdirən proqramlarda ehtiva edir.
Əlbəttə, sözügedən proqramlar təhsil ocaqlarında, müvafiq qurumların bilavasitə rolu ilə istənilən nəticələri verə bilər. Xüsusilə Elm və Təhsil Nazirliyinin təşəbbüsü, iştirakı, təşkilatçılığı ilə həyata keçirilən layihələr ciddi əhəmiyyət kəsb edir. Bu baxımdan Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilən Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) uğurlu proqramlardan biridir. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə gerçəkləşən layihə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir.
2021-2022-ci illər ərzində OCEP-in coğrafiyası genişlənərək təmsil olunan ölkələrin sayı 56-a çatdırılıb. Bu müddət ərzində Azərbaycandan olan qardaşlaşmış məktəblərin təşkil etdiyi tədbir və fəaliyyətlər 200 minə yaxın məktəblini əhatə edib. Əlbəttə, bu Azərbaycan şagirdlərinin də ümumi dünyagörüşünün genişlənməsində, formalaşmasında, eləcə də dünya məktəb arenasına inteqrasiyasında müsbət rol oynayır. Sözügedən layihə çərçivəsində tədbirlər bu il də davam edir. Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində noyabr ayında keçirilən “Olimpiya Mədəniyyəti Festivalı” Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında hazırlanıb.
Sözügedən tədbirdə Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş OCEP festivalına bir neçə orta məktəb qoşulub. Qeyd edək ki, pavilyonda 9 məktəb 9 ölkəni təmsil edərək, onların mədəniyyətini, mətbəxini və adət-ənənələrini tanıdıb. Belə ki, Bakı şəhər 286 nömrəli məktəb Polşanı, 162 nömrəli məktəb Yunanıstanı, 238 nömrəli məktəb Gürcüstanı, 229 nömrəli məktəb Slovakiyanı, 158 nömrəli məktəb İtaliyanı, İlyas Əfəndiyev adına Elitar Gimnaziya Türkiyəni, Bakı Avropa liseyi Yaponiyanı, 171 nömrəli məktəb Sloveniyanı, Bülbül adına orta ixtisas musiqi məktəbi İspaniyanı təmsil edib.
Şəhid Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin şagirdləri OCEP pavilyonunda Yunanıstanı təmsil edərək tədbir iştirakçılarını Yunanıstanın mədəniyyəti, mətbəxi və adət-ənənələri ilə tanış ediblər. Bundan başqa, sözügedən layihə çərçivəsində dekabrın 2-də 162 nömrəli tam orta məktəbdə Yunanıstana həsr edilmiş açıq dərs keçirilib. Şagirdlər Yunanıstanın tarixi, alimləri, mədəniyyəti ilə bağlı məlumat slaydları nümayiş etdirib, fikir mübadiləsi aparıblar. Məktəb heyətinin qatıldığı açıq dərsdə şagirdlər ümumi biliklərini bir-biri ilə bölüşüblər. Qeyd edək ki, OCEP layihəsi ölkə üzrə davam etməkdədir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

