“Var millətimin imzası imzalar içində"
11.12.2022 [20:04]
Bütün dövlətlər, toplumlar, xalqlar dünyada həm də böyük şəxsiyyətləri, liderləri ilə tanınır, nüfuz qazanır. Amma bəzən xalqların tarixinə 100 ildən bir doğulan elə şəxsiyyətlər işıq salır ki, tarixin bütün mərhələlərində bütün dünya Onu ehtiramla, hörmətlə anır. Bu baxımdan Ulu Öndər Heydər Əliyev Tanrının Azərbaycan xalqına lütf etdiyi dahi şəxsiyyətdir. Heydər Əliyev elə bir fenomendir ki, onun fəaliyyətindən, ölkə və xalq qarşısındakı xidmətlərindən yaşından, vəzifəsindən, statusundan asılı olmayaraq istənilən şəxs danışa, yaza bilər. Çünki ölməz Liderin yaratdığı, qurduğu, qoruduğu dövlət hamınındır, hər kəsindir.
...Xalqın israrlı təkidi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi böyük dövlətlərin ölkəmizə geosiyasi müdaxilələrinə son qoydu. Qısa zamanda Azərbaycan xalqının bu seçimi ölkəmizi beynəlxalq arenada tanıtfı. "Tarixi şəxsiyyətlər yaradır" ifadəsi Ulu Öndərin simasında aydın təzahür edir. Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunda ölkə əhəmiyyətli layihələr həyata keçirərək ölkəmizi dünya ölkələri sırasına daxil etdi və tarixi uğurlara imza atdı. Böyük Lider üçün Azərbaycanın xarici siyasəti prioritet idi. Məhz bu siyasi kursu düzgün inkişaf etdirmək, ölkənin strateji maraqları əsasında beynəlxalq aləmlə hərtərəfli işgüzar münasibətlər yaratmaq vacib idi. Həm region, həm qərb dövlətləri və onları təmsil edən şirkətlərlə Azərbaycanın bərabərhüquqlu, qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması ilə bağlı aparılan məqsədyönlü siyasət zamanla öz məntiqi nəticələrini sərgilədi. Sürətlə inkişaf edən, "dünyaya günəş kimi doğan" bir dövlətin başçısı olara Heydər Əliyevin xarici dövlətlərə işgüzar, dövlət səfərləri başlandı.
XX əsr dünya tarixində adı ehtiramla çəkilən lider, ilk növbədə, şəxsiyyətinin böyüklüyü və əzəməti ilə dünya arenasında Azərbaycan və azərbaycanlı imzasını qoydu.
Bu məqamda qətiyyətlə XX əsr Azərbaycan ədəbiyyatının klassik şairlərindən olan Məhəmməd Hadinin (1879-1920) "Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar" adlı şeirində ürək ağrısı ilə yazdığı: "İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalər içində" misralarını dəyişib “Var millətimin imzası imzalar içində" kimi oxumaqla şairin də ruhunu şad etmək yerinə düşər.
Ümummilli Liderin müxtəlif xarici dövlətlərə onunla bərabər səfər edən nümayəndə heyətlərinin üzvlərinin xatirələri, dövlət başçıları ilə görüşlərdən yadda qalan tarixi məqamlar haqqında yazılar, memuarlar saysızdır və sadalamaqla bitməz. Azərbaycanın bugünkü beynəlxalq aləmdə tanınmasına, nüfuzuna II VƏTƏN MÜHARİBƏSİ zamanı ölkəmizin Prezidenti İlham Əliyevin qətiyyətli çıxışları, haqq işimizə qarşı birləşən ittifaqlar qarşısındakı əzmli davranışları və nəhayət, QƏLƏBƏMİZ parlaq nümunədir. Əlbəttə ki, bu həm də Heydər Əliyev fenomeninin yolumuzu işıqlandıran nurudur…
Mətanət Ağamirli,
Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

