Zəruri qərar...
13.01.2023 [10:40]
Hərbi qulluqçular narkoloji müayinədən keçiriləcəklər
Nicat Dilqəmli
Böyük təəssüf hissi ilə qeyd edilməlidir ki, bütün dünyada dövrün bəlasında çevrilən narkotik maddələrdən istifadə son bir neçə ildir ki, ölkəmizdə də geniş şəkildə yayılıb. Xüsusilə yeniyetmələrin və gənclərin bu bəlaya düçar olmaları isə vəziyyəti bir qədər də dramatikləşdirir. Əfsuslar olsun ki, hazırda narkotiklə ilk tanışlıq bəzən elə orta məktəb dövründən başlayır. Müşahidələr onu deməyə əsas verir ki, bir çox hallarda narkotik maddələrdən istifadə edənlər çox qısa zaman kəsiyində onun qurbanına çevrilirlər, yəni bu maddələrdən asılı vəziyyətə düşürlər. İstər tibbin yaratdığı imkanlardan istifadə etməklə, istərsə də fərdi qaydada psixoloji cəhətdən müalicə olunmaqla bu yoldan geri dönmək heç də asan başa gəlmir.
Qeyd olunan məqamlar isə təbii olaraq insanlar arasında maarifləndirmə işlərinin aparılmasını zəruri edir. Ölkəmizdə də müvafiq qurumlar tərəfindən bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsi davamlı hal alıb. Demək olar ki, bütün sahələrdə narkotik maddələrin törətdiyi fəsadlar, bu bəlaya qurşanmış şəxslərin aqibəti barədə mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Buna baxmayaraq, hələ də narkotikdən istifadə edilməsi halları müşahidə olunmaqdadır. Bu isə daha ciddi addımların atılması məsələsini aktuallaşdırır. Belə addımlardan biri də istər dövlət, istərsə də özəl müəssisələrdə çalışanların vaxtaşırı narkoloji müayinəsinin keçirilməsidir.
Dünən Baş nazir Əli Əsədovun imzaladığı qərarla hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib. Bu Qayda “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.4-cü maddəsinə uyğun olaraq hazırlanıb. Eyni zamanda, müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydasını müəyyən edir. Qaydaya əsasən, müayinədən keçmək müvafiq orqanların rəhbərləri tərəfindən təmin olunur.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev qərarın verilməsini çox müsbət addım kimi dəyərləndirib. Mütəxəssis qeyd edib ki, ordu sıralarında narkotikdən istifadə edən şəxslərin olması şəxsi heyətin təhlükəsizliyi, həm də xidmət edənlərin həyatı üçün böyük təhlükələrə yol aça bilər: “Tamamilə doğru qərardır. Çünki ətrafımızda baş verənləri görürük. Artıq bəzi hallarda məktəb yaşlı uşaqların belə narkotikdən istifadə etdiyinin şahidiyik. Zaman-zaman orduda və yaxud digər güc strukturlarında da bu yoxlamalar keçirilməlidir. Əgər xidmətdə olanlar arasında belə hallar aşkarlanarsa, bu, həmin şəxslərin ordu və ya güc strukturlarından tərxisi ilə nəticələnməlidir. Çünki əlində silah tutan, təhlükəsizlik və müdafiə vəzifələrini yerinə yetirən birisinin narkotik istifadəçisi olması həmin ərazidə xidmət edənlərin həyatı üçün böyük təhlükə yarada bilər”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

