Qarabağa ilk qədəmlərimizin bir ili
24.01.2023 [10:33]
Bir il öncə bu gün - Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobuslar yola düşdü
2021-ci il yanvarın 24-də işğaldan azad olunmuş Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yola düşmüşdü. Həmin gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusunda 44 vətəndaş keçmiş avtovağzal ərazisində qarşılanmışdı. Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd etmişdi ki, Bakı-Şuşa avtobus reysinin açılması şəhər üçün xüsusi əhəmiyyət daşıyır. Həqiqətən də belə idi, bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq həmin tarixlərdə Şuşada müəyyən infrastruktur layihələr həyata keçirilmişdi. Elə bu gün də keçirilir. Bu gün də sakinlər tez-tez Şuşaya və Ağdama səfər edir, burada əbədi yerləşəcəkləri günü səbirsizliklə gözləyirlər.
Bir il əvvəl məhz bu arzularla Şuşa və Ağdam şəhərlərinə yola düşənlər də belə düşünürlər...
Ağdamın Sahibalı kənd sakini Nurəddin Kərimov həmin gün avtovağzalın kassasından Ağdama bilet alarkən yaşadığı hissləri belə dilə gətirir: “Bu bilet sadə bir kağız parçası deyildi. Bu biletlə 30 ilin həsrəti bitmişdi. Mən bu günü uzun illər boyu arzulamışam. Ağdamda evimizin uçuq divarları qalıb. Topdağıtmaz mülkümüzdən əsər-əlamət yoxdur. Bağlı-bağatlı həyətimiz viranəyə çevrilib. Heç nəyi 30 il əvvəl qoyub gəldiyimiz kimi görməyəcəyik. Amma torpaq yerindədir. Xatirələrimiz bizi qarşılayacaq”.
Şuşanı məcburi tərk edən Rüstəmov Kamil: “35 yaşında Şuşadan çıxıb 65 yaşımda Şuşaya yenidən qayıtmışdım. O gün hansı hisslər keçirdiyimizi sözlə ifadə edə bilmirəm. 30 ildir ki, Şuşasızam, ancaq Şuşaya gedən kimi ilk gedəcəyim xüsusi ünvan yox idi. Şuşanın hər qarışı mənə əzizdir. Ona görə də hər gecə yuxumda gedib-gəldiyim Şuşanı qarış-qarış gəzdim. Orada babalarımızın ruhu bizi gözləyirdi. Tezliklə öz yurdumuza əbədi qayıdacağımız günü gözləyirəm”.
Şəfiyeva Elmira isə keçən il Şuşaya qardaşı uşaqları ilə getmişdi. Əslən Şuşadan olan E.Şəfiyeva 30 ildə çox həsrət çəkdiyini söyləyir: “Mən inanırdım ki, biz Şuşaya qayıdacağıq. Biz hər yay Şuşaya istirahətə gedirdik. İndi isə Şuşaya atamın, nənəmin evini ziyarətə getdim. Həmişə yuxuda Şuşanın fəsillərini görürdüm. Şuşa hər fəsildə özünəməxsus olur. Qışda da əsrarəngizdir Şuşa. Bu sevincli günləri bizə yaşadanlara hədsiz minnətdaram. Keçən ildən bu yana tez-tez Şuşaya gedib gəlirəm”.
Şuşaya, Ağdama eləcə də işğaldan azad olunmuş torpaqlarımıza getmək, bu yerləri görmək üçün heç də həmin torpaqda doğulmaq vacib deyil. Bu torpaqları görmək hər bir azərbaycanlının arzusudur. Elə məhz buna görə də bu gün Şuşaya, Ağdama gedəcək sərnişin avtobusuna bilet alanlar arasında Azərbaycanın digər bölgələrindən olan insanlar da kifayət qədər idi.
Kürdəmir rayon sakini 22 yaşlı Elton Uğurlu da ən böyük arzularından birinə çatdığını söyləyir. Şuşanı heç vaxt görməyən gənc şəhidlərimizin ruhunu anmaq, Şuşanı görmək üçün səfərə qoşulduğunu bildirdi. Onun sözlərinə görə, Cıdır düzünü, “İsa bulağı”nı canlı görmək böyük xoşbəxtlikdir. Mirzəyev Məhəmməd isə Naxçıvandandır. O, ötən il bu vaxtı Şuşaya getmişdi, deyir ki, Şuşaya getmək onun uşaqlıq arzusu olub. Bu arzusu isə artıq gerçəkləşib.
Gündən-günə gözəlləşən və bütün infrastrukturu ilə yenidən qurulan azad Şuşa tezliklə öz sakinlərini əbədi qarşılayacaq. Bizim buna inamımız tamdır!
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17

