Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötüb

Suriyada zəlzələ nəticəsində həlak olanların sayı 1 600-ü ötüb

07.02.2023 [15:07]

Suriyadakı zəlzələ nəticəsində həlak olanların sayı 1 600- ü keçib.

Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 1602 nəfər ölüb, 3 649 nəfər yaralanıb və 175 bina uçub.

Məlumata görə, həmçinin ən azı 4 min ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, dünən, fevralın 6-da Türkiyədə qeydə alınan 7,4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31