Sığorta bazarına inam
18.07.2023 [11:21]
Günel ABBAS
Ölkədə iqtisadi aktivlik, qazanc imkanları, sığorta bazarına güvən daha da aktiv formada tənzimlənməlidir.
Bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər bir vətəndaş özü könüllü olaraq əmlakını sığortalamalıdır: “Biz əmlakımızı sığortalamaqda özümüz maraqlı olmalıyıq, bu, məcburi-icbari ola bilməz. İcbari sığorta kənar şəxsə dəyə biləcək zərərə görə ola bilər. Məsələn, avtomobillərin icbari sığortası zərər vurduğun avtomobilin zərərini qarşılayır”.
Ekspertin dediyinə görə, sığorta şirkətləri dövlətdən yardım gözləməməlidirlər: “Sığorta şirkətləri özləri cəlbediciliklərini artırmalıdırlar. Sığorta paketləri təqdim edilməlidir ki, insanlar bu işdə maraqlı olsunlar. Dünya təcrübəsində sahibkar ilkin olaraq vergi problemi ilə yanaşı, sığorta problemini də həll edir ki, bu kimi hallarda dəymiş ziyanın ödənilməsi mexanizmi yaransın. Azərbaycanda hazırda bunu etmək çox çətindir. Sığorta şirkətləri çalışırlar ki, bu, icbari qaydada olsun, dövlət qanun çıxarsın ki, hamı öz əmlakını sığortalasın. Bu isə sığorta məhsullarının cəlbediciliyini azaldır və insanlarda öhdəlik hissi yaradır. Bu günə qədər sığorta şirkətlərinin vətəndaşlarla işləmə mexanizmlərində bir sıra problemlər nəzərə çarpıb. Bu isə özlüyündə həm də müəyyən inamsızlıq mühiti yaradıb. Vətəndaşlar sığorta haqqına əlavə vergi yükü kimi baxırlar. Əslində, burada vətəndaşlar özləri maraqlı olmalıdırlar. Sığorta şirkətləri də yaxşı məhsullar təqdim etməlidirlər ki, vətəndaş özü müraciət edib müqavilə bağlasın. Ona görə burada dövlətdən yardım gözləməkdənsə, sığorta şirkətləri fəaliyyətlərinin daha da təkmilləşdirməsi haqqında düşünməldirlər və insanların inamını qazanacaq addımlar atmalıdırlar. Bu, ümumilikdə sığorta mədəniyyətini formalaşmasına səbəb olan faktora çevrilə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

