Əsas ideya - vətəndaş məmnunluğunun təmin edilməsidir
15.08.2023 [11:10]
Mübariz ABDULLAYEV
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata vəsiqə alan DOST konsepsiyasının təməlində vətəndaş məmnunluğunun təmin edilməsi amili dayanır. Konsepsiya əhaliyə müxtəlif sosial xidmətlər göstərən dövlət təsisatları ilə vətəndaşlar arasında bütün baryerlərin aradan qaldırılmasına, onlara qurumun adında da ifadə edildiyi kimi dostcasına xidmət göstərilməsinə, rəqəmsallaşma yolu ilə şəffaflığın artırılmasına hesablanıb.
Xoş mərama əsaslanan fəaliyyət həyata keçirən DOST mərkəzlərində göstərilən xidmətlərin əhatə dairəsi getdikcə genişlənir. Hazırda bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, bütövlükdə 15 istiqamət üzrə 159 növ xidmətin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərilməsi təmin edilir. DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu il üçün 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə olduğu halda, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil edib. Hazırda DOST mərkəzlərində vətəndaşların növbədə orta gözləmə müddəti cəmi 2 dəqiqə 57 saniyəyə bərabərdir. Məhz belə çevik və nəzakətli xidmətə görədir ki, vətəndaşlar bu sosial xidmət qurumlarına məmnuniyyətlə üz tuturlar. Hazırda ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub. Ötən dövrdə bu mərkəzlərdə 1 milyon 673 min nəfərə xidmət göstərilib. Verilən məlumatlara görə, DOST mərkəzində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizin üzərindədir.
İndiyədək 7 DOST mərkəzi açılıb. 2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatdırılması, 55 DOST filialının da yaradılması, beləliklə də, DOST xidmətlərinin əhatə dairəsinin bütün ölkə üzrə genişləndirilməsi nəzərdə tutulub.
DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Agentlik ötən müddətdə 13 beynəlxalq mükafat və sertifikata (o cümlədən, Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı və s.), həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
“Aİ Biznes Mühiti Hesabatı 2021”-də DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. “Könüllü DOST” proqramı isə “Global HR Summit 2023” tədbiri çərçivəsində “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalib elan olunub. Eyni zamanda, hazırda bir çox ölkələr, o cümlədən Avropa ölkələri də DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

