Çəmbərəkənd bir zamanlar...
29.08.2023 [11:48]
Şahanə XANKİŞİYEVA
Son illərdə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar yaradılıb. Səbail rayonunda yerləşən “Çəmbərəkənd” parkı yəqin ki, bir çoxumuz tərəfindən tanınır. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi bu park Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazisində salınıb. Parkda yaşıllaşdırma işləri aparılaraq 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin asudə vaxtlarını keçirmələri üçün şərait yaradılıb. 2022-ci ildə istifadəyə verilən bu parkın yerində daha əvvəl tarixi 19-cu əsrə təsadüf edən Çəmbərəkənd yaşayış məskəni var idi. Park elə bu səbəbdən də Çəmbərəkənd adını daşıyır.
Çəmbərəkənd əvvəllər...
Tarixi mənbələrdə Çəmbərəkənd yaşayış məkanının XIX əsrin 40-cı illərində salındığı bildirilir. Məkanın adı “çəmbərə” – dairə, əyri, qövs, halqa və “kənd” komponentlərindən düzəlib, “dairəvarı, qövsvarı kənd” mənasındadır. Yaşayış massivi, həqiqətən də, ətrafa nəzərən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşir.
“Bakı kəndləri (ensiklopedik lüğət)” kitabında qeyd olunur ki, Çəmbərəkənd Bakıda məşhur ərazi olub. İndiki Nazirlər Kabineti binasının yaxınlığından Şəhidlər xiyabanına qədər ərazini əhatə edib. Ərazinin adı burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə əlaqədar yaranıb. Çəmbərəkənddə eyni zamanda müxtəlif qoşqu arabaları, fayton da düzəldilib, sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul olub. Bununla yanaşı Çəmbərəkənddə 2 məscid mövcud olub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

