Seçkilərdə həlledici sözü boykot taktikası yox, müdrik xalqımız deyəcək
23.12.2023 [11:13]
Azərbaycan xalqı ona qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcək
Radikal müxalifət partiyaları 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində iştirakdan imtina ediblər. Ölkəmizin bütün ərazilərini əhatə edəcək və şərti olaraq Zəfər Seçkisi adlandırılan prezidentlik uğurunda mübarizəyə qoşulmayan siyasi qüvvələr bununla bir daha antimilli mahiyyətlərini təsdiq etmiş oldular. Müxalifətin çoxillik siyasi oyunbazlığı yenə də davam edir və çıxış yolunu boykotda görürlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, 30 illik işğala son qoymuş, üçrəngli bayrağımızı Xankəndidə ucaldaraq cəmiyyətin birmənalı dəstəyini qazanmış İlham Əliyev kimi güclü siyasi rəqibə qalib gəlməyin mümkünsüzlüyünü yaxşı anlayırlar. Qarşıdakı seçki prosesinin demokratikliyinə kölgə salmağı özləri üçün ən optimal yol hesab edirlər. Əslində, bu Azərbaycanın erməni separatizminə son qoymasını həzm etməyən, qəbullanmayan Fransa kimi bəzi qlobal güclərin, Avropa İttifaqı kimi ermənipərəst siyasi mərkəzlərin dəyirmanına su tökməkdir. Lakin dövlətimizin sanksiyalara məruz qalacağı faktı radikal müxalifəti və onun liderlərini əsla narahat eləmir. Birincisi, destruktiv müxalifətin sağlam rəqabətin əvəzinə təxribatları seçməsi və seçkiləri qərəzli şəkildə boykot etməsi onların xarici qüvvələrə xidmət etmələrinin təzahürüdür. Seçkiləri boykot etmək açıq-aşkar siyasi təxribatdır və bu təxribatı onlara hazırda Azərbaycana qarşı çirkin qaralama kampaniyası aparan, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsini qəbul etmək istəməyən və Azərbaycanı sanksiyalar vasitəsilə beynəlxalq təcrid vəziyyətinə salmaq istəyən bəlli xarici güclər tapşırıb.
Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə qalib sərkərdə, işğal edilmiş torpaqları azad edib bütöv Azərbaycan yaradan dövlət başçısı kimi yazıldı. Ölkə başçımız 30 il işğal altında qalan torpaqlarımızı 2020-ci ildə 44 günə azad etdi, 2023-cü ildə isə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu qələbə regionda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etməklə yanaşı bölgədə, eləcə də ölkəmizdə yeni reallıqlar yaratdı. 7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab
İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi barədə vəd vermişdir. Prezidentimiz xalqa verdiyi sözə, vədə əməl etdi. Bu gün müqəddəs Azərbaycan bayrağı Xankəndində, Şuşada, Xocalıda, eləcə də ölkəmizin bütün rayonlarında qürurla dalğalanır.
Bu günlərdə xalqımız daha bir tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdl. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, topa rəmzi toxunuşundan sonra “Qarabağ”-MOİK görüşü baş tutub. Rəmzi mənada ifadə etsək, oyunda Qarabağ komandasının virduğu qol, zamanında Ermənistanın qapısına vurulan “siyasi qol” kimi də dədəyərləndirilə bilər.
Diqqət çəkən ən önəmli məqamlardan biri də Prezident İlham Əliyevin oyunu şəhid övladları ilə eyni bir kürsüdən izləməsi olub.
Bütün bu gerçəkliklər onu deməyə əsas verir ki, ölkəmizin düşmənləri Prezident İlham Əliyevin tarixi uğurlarının və Ordumuzun şanlı Zəfərinin nəticələrini sosial-iqtisadi böhranlarla əvəz etməyi planlaşdırırlar və bunu radikal müxalifətin əli ilə həyata keçirməyə çalışırlar. Şübhəsiz ki, onların bu hiylələri, təxribatları uğursuzluğa məhkumdur.
Azərbaycanın tarixi qələbələrinin sonrakı taleyini müəyyən edəcək bu seçkilərdə həlledici sözü boykot taktikası yox, müdrik xalqımız deyəcək, ona Qələbə sevincini yaşadan Ali Baş Komandanına, təcrübəli siyasi Liderinə - İlham
Əliyevə səs verəcək. Fevralın 7-si ən yeni siyasi tariximizə radikal müxalifətin siyasi iflas günü kimi həkk olunacaq.
Təhmasib Rüstəmov,
YAP Qubadlı Rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

