Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ADY: Ötən il qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib

ADY: Ötən il qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib

10.01.2024 [17:10]

Ötən il ərzində Azərbaycanda dəmir yolunda qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, qeyd olunan qəzalar nəticədə 9 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Bütün hadisələrə piyadaların dəmiryol xətlərini keçərkən diqqətsiz davranması səbəb olub”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ildə isə 23 belə hadisə qeydə alınıb, 13 nəfər ölüb. 

“ADY bu cür halların yaşanmaması üçün maarifləndirmə işlərini bu il də davam etdirir, piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, - məlumatda vurğulanır.

Paylaş:
Baxılıb: 544 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31