Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı Slavyan Universitetində Beynəlxalq konfransın açılış mərasimi keçirilib

Bakı Slavyan Universitetində Beynəlxalq konfransın açılış mərasimi keçirilib

28.11.2015 [11:15]

“Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları” mövzusunda keçirilən beynəlxalq konfransda bir çox ölkələrdən 30-dan çox alim iştirak edib
Noyabrın 27-də Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları” mövzusunda beynəlxalq konfransın təntənəli açılış mərasimi keçirilib. Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkil etdiyi konfrans “Milli ədəbiyyat və mədəniyyət meyarları” layihəsinin davamı kimi nəzərdə tutulub. Açılış mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev konfransın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq konfransa İtaliya, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə və Gürcüstandan 30-dan çox alim qatılıb. Azərbaycanın bir sıra ali təhsil müəssisələri və AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları konfransda iştirak edəcəklər. Rektorun sözlərinə görə, bu konfrans Azərbaycanın dünyəvi multikultural ənənələrini və dünya xalqlarının mədəniyyətini bir araya gətirir. Xalqımızın qədim mədəniyyətindən, ölkəmizdə mövcud olan multikultural mühitdən və tolerantlıqdan danışan rektor multikulturalizmin dövlətimizin siyasi prioritetlərdən biri olduğundan və bu sahədəki uğurlardan söz açıb. Rektor əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu dövlətçilik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirildiyini qeyd edib. Dövlət başçısı İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir” tezisinin ölkəmizdəki reallıqları dolğun əks etdirdiyini və təhsil müəssisələrində, o cümlədən BSU-da da bu sahədə geniş fəaliyyət göstərildiyini bildirib. Asif Hacıyev bugünkü konfransın da məhz bu fəaliyyətin bariz nümunəsi olduğunu vurğulayıb.
Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva konfransın işi haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, konfrans fasilələrlə bölmə iclaslarında işini davam etdirəcək. Bakı Slavyan Universitetində Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları və millilik meyarları mövzusunda birinci bölməsi olacaq. Noyabrın 28-də AMEA-nın Ədəbiyyat İnstitutunda Nizami (“Leyli və Məcnun”) və Şota Rustaveli (“Pələng dərisi geyinmiş cəngavər” mövzusunda ikinci bölmə, ADA Universitetində Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlər mövzusunda konfransın üçüncü bölməsi keçiriləcək. BSU-da keçiriləcək dördüncü bölmədə Ədəbiyyatın “millilik” meyarında əlifba mövzusunda “dəyirmi masa” baş tutacaq, ustad dərsləri keçiriləcək.
Konfransda çıxış edən millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Ukraynanın P.T.Tronko adına Region Araşdırmaları Mərkəzinin direktor müavini Olqa Vovk, İtaliyanın Piemonte Orientale Universitetinin professoru Stefania Sini, Böyük Britaniyanın Kembric Universitetinin professoru Firuza Melville, Rusiyanın Sankt-Peterburq şəhərinin Mərkəzi Dövlət Arxivinin nümayəndəsi Mixail Şkarovski, İranın Xarəzmi Universitetindən Qodratullah Qorbani, Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat İnstitutunun nümayəndəsi İrina Modebadze, Türkiyə nümayəndəsi dr. Nazmi Ağıl və başqaları konfransın işinə uğurlar arzulayıblar.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31