Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İspaniyanın məşhur “El pais” nəşrində Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc olunub

İspaniyanın məşhur “El pais” nəşrində Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc olunub

07.06.2016 [10:13]

İspaniyanın məşhur “El pais” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini əks etdirən məqalə dərc olunub.
Yazıda Azərbaycan siyasətçiləri və analitiklərinin, o cümlədən Milli Məclisin sədr müavini Bahar Muradovanın, deputat Rasim Musabəyovun fikirləri yer alıb.
Məqalədə Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olmasından, atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi pozulmasından, dinc əhaliyə qarşı hərbi aqressiyadan söhbət açılır.
Cari ilin aprelində baş verən hərbi toqquşmalarda Azərbaycan tərəfinin əldə etdiyi uğurlar barədə yazan müəllif ölkəmizin hərbi potensialının Ermənistandan qat-qat üstün olduğunu vurğulayıb.
Məqalədə xüsusi diqqət çəkən məqam isə Füzuli rayonunun Mirzənağılı kənd sakini ilə aparılan müsahibədir. Sakin ermənilərin atəşkəsi tez-tez pozması, həmçinin suvarma suyunun Ermənistan tərəfindən kəsilməsi nəticəsində dinc əhaliyə dəyən ziyandan danışıb.

Paylaş:
Baxılıb: 392 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30