Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Konstitusiya Məhkəməsinin Plenumu 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin nəticələrini təsdiq edib

Konstitusiya Məhkəməsinin Plenumu 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin nəticələrini təsdiq edib

06.07.2016 [10:10]

İyulun 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin nəticələrini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev xüsusi konstitusiya icraatı qaydasında Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini elan edib.
Məruzəçi hakim Sona Salmanova çıxış edərək bildirib ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın, habelə dairə seçki komissiyasının protokollarını və onlara əlavə edilən sənədləri iyunun 30-da Konstitusiya Məhkəməsinə təqdim edib.
Sonra MSK-nın sədri Məzahir Pənahov 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərə hazırlıq dövründən başlayaraq namizədlərin qeydiyyatı, təbliğat kampaniyasının aparılması, səsvermənin gedişi və s. məsələlərlə bağlı görülən işlər barədə ətraflı məlumat verib, hakimlərin suallarını cavablandırıb.
İclasda ekspert qismində iştirak edən Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyev ekspert rəyləri ilə, Ulduzə Həmidova isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla çıxış ediblər.
Çıxış edənlər hakimlərin suallarını cavablandırıblar.
Məruzə və çıxışlardan sonra Konstitusiya Məhkəməsinin Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilmiş təkrar seçkilərin yekunlarını təsdiq edib.
Beləliklə, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə 19 min 674 səs (85,6 faiz) toplayan Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun Milli Məclisin deputatı seçildiyi təsdiqlənib.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31