Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş nazirin müavini Əli Əhmədov İraqın ölkəmizdəki müvəqqəti işlər vəkilini qəbul edib

Baş nazirin müavini Əli Əhmədov İraqın ölkəmizdəki müvəqqəti işlər vəkilini qəbul edib

06.07.2016 [10:13]

İyulun 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov İraqın ölkəmizdəki müvəqqəti işlər vəkili Fadil Al-Şüveylini onun xahişi ilə qəbul edib. Azərbaycanla İraq arasında ümumi dəyərlərə əsaslanan tarixi bağların mövcudluğunu bildirən Baş nazirin müavini Əli Əhmədov müasir dövrdə qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Yüksək iqtisadi potensiala malik İraqın öz imkanlarından səmərəli istifadəsi üçün ölkəmizin hər zaman dəstək verməyə hazır olduğunu xatırladan Baş nazirin müavini Bağdadda baş vermiş dəhşətli terror aktından kədərləndiyini bildirərək, bütün dünyada sülhə və sabitliyə real təhlükə olan beynəlxalq terrorizmlə mübarizədə ümumi səylərin birləşdirilməsinin zəruriliyini qeyd edib. Əli Əhmədov hərbi təcavüzdən, separatizmdən və terrorizmdən əziyyət çəkən ölkəmizdə terrorun bütün forma və təzahürlərinin qəti şəkildə pislənildiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən İraqın müvəqqəti işlər vəkili Fadil Al-Şüveyli öz ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələrə maraq göstərdiyini deyərək xüsusən iqtisadi-mədəni sahədə səmərəli əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirib. Əsrlər boyu müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin əmin-amanlıq şəraitində birgə yaşadığı tolerantlıq məkanı olan güclü Azərbaycan dövlətinin bundan sonra da regionda sülhün və sabitliyin qorunması, multikultural dəyərlərin bərqərar olması və bəşəriyyəti təhdid edən terrorizmlə mübarizə işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edib.
Görüşün sonunda Əli Əhmədov müqəddəs Ramazan bayramı münasibətilə İraq xalqına xoş arzularını və təbriklərini çatdırıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 470 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31