Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / RAGB fəalları “Dialoq” Beynəlxalq Gənclər Düşərgəsində iştirak ediblər

RAGB fəalları “Dialoq” Beynəlxalq Gənclər Düşərgəsində iştirak ediblər

29.09.2016 [09:22]

Rusiyanın Kaluqa vilayətindəki “Etnomir” mədəniyyət və təhsil mərkəzinin bazasında VIII “Dialoq” Beynəlxalq Gənclər Düşərgəsi keçirilib.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İdarə Heyətinin üzvü Emin Hacıyevin AZƏRTAC-a verdiyi məlumata görə, “Dialoq” düşərgəsinin işində çoxlu sayda RAGB fəalı, o cümlədən Rusiyanın aparıcı ali təhsil müəssisələrinin tələbələri, eləcə də Bakıdan gələn Azərbaycan gənclər iştirak ediblər.
E.Hacıyev bildirib ki, gənclər düşərgəsinin əsas məqsədi gənc liderləri, müxtəlif mədəni eyniliyi və təcrübəsi olan fəalları birləşdirən təhsil məkanının yaradılması və bu məkan vasitəsilə müasir cəmiyyətdə mədəniyyətlərarası dialoqun inkişafı və sülhün möhkəmləndirilməsində gənclərin bilik və bacarıqlarından istifadə edilməsidir.
RAGB İdarə Heyətinin üzvü deyib: “Bu müddət ərzində Azərbaycan gəncliyi Rusiya Federasiyasının müxtəlif subyektlərindən, Avropa Mədəni Konvensiyası və MDB ölkələrindən olan, beynəlxalq və millətlərarası gənclər layihələrin həyata keçirilməsində iştirak edən həmyaşıdları ilə əlaqə yaradıb. Dialoq bir-biri ilə ünsiyyət yaradan bu və ya digər ölkədəki həmyaşıdların əhval-ruhiyyəsini, ənənələrini öyrənən, ustad dərsləri keçən, müxtəlif mövzulardakı seminarlarda iştirak edən gəncləri birləşdirdi. Azərbaycan gənclərinin nümayəndələri sürətlə inkişaf edən ölkəmiz, onun zəngin mədəniyyəti və adət-ənənələri haqqında danışır, milli mədəniyyətimizi və incəsənətimizi təbliğ edirdilər”.
E.Hacıyev, həmçinin bildirib ki, düşərgə çərçivəsində gənclər diskussiya klublarında iştirak edib. Bu klublarda mədəniyyətlərarası dialoq və formal təhsil, söz azadlığı və dini etika, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqda gənclərin rolu kimi mühüm məsələlər müzakirə olunub. Müzakirələrdə ayrı-seçkilik və qərəzçiliyin aradan qaldırılması, yeni çağırışlar və mədəni müxtəliflik, mədəniyyətlərarası dialoqun monitorinqi və qiymətləndirməsi, habelə digər məsələlər də nəzərdən keçirilib.
“Dialoq” düşərgəsində RAGT təmsilçilərinin iştirakının mühüm əhəmiyyətindən biri Azərbaycan milli mədəniyyəti, ənənəvi mətbəxi və xalq musiqisinin tanıdılmasıdır.
VIII “Dialoq” Beynəlxalq Gənclər Düşərgəsi Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi, Gənclik İşləri üzrə Federal Agentlik və “Moskva Texnologiya Universiteti” Federal Dövlət Büdcə Təhsil Müəssisəsinin dəstəyi ilə Rusiya Federasiyası Gənclər və Uşaq Birlikləri Milli Şurası, Avropa Şurasının Gənclər Departamenti ilə birgə keçirilir.

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31