Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Tacikistan əməkdaşlığının daha da genişləndirilməsi üçün hər cür imkanlar var

Azərbaycan-Tacikistan əməkdaşlığının daha da genişləndirilməsi üçün hər cür imkanlar var

29.09.2016 [09:39]

Sentyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla Tacikistan arasında tarixi əlaqələrin müasir dövrdə də davam etdiyini məmnunluqla vurğulayan Baş nazir Artur Rasizadə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün hər cür imkanların mövcudluğunu nəzərə çatdırıb. Baş nazir iqtisadiyyatın bir çox sahələrində, xüsusən energetika, metallurgiya, nəqliyyat, sərnişin və yükdaşımaları, kənd təsərrüfatı, turizm, ticarət, habelə humanitar sferalarda birgə layihələr üçün yaxşı perspektivlərin olduğunu deyib.
Söhbət əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasizadə təəssüflə bildirib ki, Ermənistanın təcavüzkar siyasəti və bəzi beynəlxalq qurumların məsələyə ikili standartlarla yanaşması nəticəsində münaqişə hələlik həll olunmamış qalır.
Nümayəndə heyəti adından Azərbaycanın Baş nazirinə təşəkkürünü bildirən Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Şukurcon Zuxurov regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında ənənəvi xoş münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Bakıda keçirilən görüşlərdən və aparılan danışıqlardan məmnun qaldığını bildirən tacikistanlı qonaq daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31