Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regionun güclü dövləti...

Regionun güclü dövləti...

18.04.2024 [10:11]

Beynəlxalq əməkdaşlıqla daxili inkişaf xətti vəhdət təşkil edir 

Yeni geostrateji çağırışlar şəraitində milli dövlətlərin regional və qlobal müstəvidəki yeri və rolu həyata keçirilən xarici siyasətin, ümumi regional inkişafa qazandırdığı yeni keyfiyyətlərin və bölgəsəl təhlükəsizlikdə tutduğu mövqenin çəkisi ilə mütənasiblik təşkil edir. Xüsusilə praqmatik və strateji, eyni zamanda davamlı və nəticəyə hədəflənmiş siyasət kursu milli maraqları özündə ehtiva etməklə yanaşı, regional müstəvidə yeni situasiyaların formalaşmasını, yeni iqtisadi nizamın daha da güclənməsini və davamlı perspektivlərin yaranmasını da şərtləndirir. Bu kimi nailiyyətlər isə nəticə etibarı ilə ölkəni regional sabitləşdirici faktora çevirir - eyni zamanda, regionun ümumi inkişaf tempinin də artmasına zəmin yaradır. Başqa sözlə, müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik dövlətlərin sabitliyə əsaslanan inkişaf trayektoriyası bütövlükdə yerləşdiyi bölgənin iqtisadi cəlbediciliyini də diqqət mərkəzinə salır. Bu kontekstdə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təcrübəsi pozitiv nümunə kimi çıxış edir. 

Uğurun sirri...

2020-ci ildə özünün ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini təmin edən Azərbaycan bütün sferalarda nümunəvi ölkə kimi yer almaqdadır:

-  İqtisadi yüksəlişi hədəfləyən ölkəmiz 30 ilə yaxın işğaldan əziyyət çəksə də, yeni inkişaf konsepsiyası formalaşdırdı;

- Özünün hərbi gücünü inkişaf etdirməklə regional mərkəzə çevrilməyi bacardı;

- İqtisadi imkanlarını ölkəsinin rifahına transformasiya etdi;

- Ermənilər tərəfindən dağıdılmış böyük bir ərazinin yenidən qurulması, müasir standartlara uyğun şəkildə formalaşdırılması, yeni infrastrukturun yaradılması, on minlərlə insanın öz yurd-yuvalarına qaytarılması istiqamətində real addımlar atması, minaların təmizlənməsi və təhşlükəsizliiyn təmin edilməsi kimi işləri qurdu.

Bu siyahını artırmaq da olar. İstər beynəlxalq müstəvidə, istərsə də daxili arenada nail olduğumuz nailiyyətlər sadaladıqca bitməz. Bu uğurun əldə edilməsinin ən real açıqlaması isə dövlətin gücü, xalqın hakimiyyətinə verdiyi dəstəkdir. Aprelin 16-da Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlqoyma məramısimindəki çıxışında bildirdi ki, Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir.

Örnək inkişaf modeli... 

Vurğulandığı kimi, Azərbaycanın nümunə göstərilən inkişaf xətti bütöv anlam daşıyır - daxili resurslardan, imkanlardan səmərəli şəkildə istifadə edildiyi kimi, xarici siyasətimiz də yüksək tərəfdaşlığa hədəflənib. Yeni dövrdə regional güc mərkəzi kimi çıxış edən respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq mühiti formalaşdıra bilib. Azərbaycanın yaxın tərəfdaş qismində qəbul edilməsinin ən real səbəbi isə ölkəmizin apardığı siyasət ilə bağlıdır. Azərbaycanı istənilən rəqabətdə, geosiyasi mübarizədə yer almır, əksinə sülhə, birgə əməkdaşlığa, inkişafa yönəlik platformalar yaradır. Bunun nəticəsidir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada böyük etimad qazanan ölkə - etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. 

Ölkəmiz ilə yaxın münasibəti olan dövlətlər ölkəmizin inkişaf modelini hər zaman örnək sayırlar. Məsələn, Azərbaycanın yaxın tərəfdaşlarından olan Serbiya hər zaman ölkəmizdlə əlaqələrə yüksək dəyər verir. Təsadüfi deyil ki, aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib. Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.

Azərbaycan-Serbiya münasibətləri...

Azərbaycanla Serbiya arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri, eyni zamanda siyasi dialoq aktuallığını qoruyub. 2011-ci il iyunun 8-9-da Prezident İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.

Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana bir neçə dəfə səfər edib. 2018-ci, 2022-ci illərdə Bakıda səfərdə olan Serbiya Prezidenti hər zaman Azərbaycanla dostluğa böyük dəyər verdiyini bildirib. İndiyədək iki ölkə arasında 5-dən artıq sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Prezident İlham Əliyevin 2022-ci ilin noyabr ayında Serbiyaya baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.

İki ölkə arasında siyasi dialoqun yüksək dinamizmlə inkişaf etməsi, həmçinin indiyədək imzalanan sənədlər qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir. Strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfə yaxın artaraq 9.2 milyon dollara yüksəlib. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. 

Bununla yanaşı, enerji sektorunda mühüm tərəfdaşlığımız mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin dəvəti ilə ötən ilin dekabrın 10-da bu ölkədə işgüzar səfərdə olub. Səfər zəngin gündəliyi ilə yadda qalıb. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı Serbiyanın, Bolqarıstanın dövlət başçıları ilə görüşlərə və digər tədbirlərə qatılıb. Bu görüşlərdə və tədbirlərdə Azərbaycanın Avropa İttifaqı (Aİ) məkanında artan önəmi nəzərə çatdırılıb və ölkəmizin etibarlı tərəfdaş olduğu xüsusi vurğulanıb. Səfər çərçivəsində dövlətimizin başçısı həmçinin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminə qatılıb. 

Beynəlxalq nüfuz...

Göründüyü kimi, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, qazandığı mövqe olduqca mühüm detallarla xarakterizə olunmaqla yanaşı, həm də tərəfdaşları tərəfindən etiraf edilir. Bütün xüsuslarda beynəlxalq hüququ əsas götürən ölkəmiz qanunun aliliyinə göstərdiyi hörmət, sabitliyi və əməkdaşlığı prioritet kimi qəbul etməsi və özünün təbliğat rıçaqlarını məhz bu komponentlər üzərində qurması, qarşılıqlı əlaqələrdə milli maraqları uzlaşdırması dost ölkələrimiz üçün olduqca mühüm nüansdır. Azərbaycanın seçilməsinin əsasında dayanan amillər sırasında ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması xüsusi yer tutur. Cəmisi 30 illik müstəqillik tarixinə malik olmasına baxmayaraq BMT TŞ-nın qeyri-daimi üzvü kimi uğurlu fəaliyyəti, Ooşulmama Hərəkatının sədri qismində qlobal təhdidlərə qarşı mübarizənin təşkilatçısı olması yüksək  dəyərləndirilir. Nəticə etibarilə, Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Qlobal təhlükəsizliyə verdiyimiz töhfələr isə günü-gündən artmaqdadır. Bunun nəticəsidir ki, Avropanın tanınmış dövlətləri öz təhlükəsizlik konsepsiyasını məhz Azərbaycan modeli üzərində qurmağa çalışır...

P.İSMAYILOV 

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31