Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

07.02.2013 [01:13]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğulayıb. Xorvatiya Prezidentinin Azərbaycana və özünün Xorvatiyaya rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və müdafiə sahələrində daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib. Dövlətimizin başçısı Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib.
Müdafiə naziri Ante Kotromanoviç Xorvatiya Prezidenti İvo Yosipoviçin salamlarını dövlətimizin başçısına çatdırıb. Xalqlarımızın oxşar tarixə malik olduğunu və ölkələrimizi sıx dostluq tellərinin bağladığını qeyd edən nazir ikitərəfli münasibətlərimizin müsbət istiqamətdə inkişaf etdiyini deyib.
Dövlətimizin başçısı Prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Paylaş:
Baxılıb: 795 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30