Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib

29.03.2017 [10:06]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verib.
Prezident İlham Əliyev yarımstansiya ilə tanış olub.
Dövlətimizin başçısına “Azərişıq”ın fəaliyyəti dövründə Aran regionunda görülən işlər barədə ətraflı məlumat verilib.
Prezident İlham Əliyev 110 kilovoltluq “Sarıcalar” yarımstansiyası ilə yanaşı, 35 kilovoltluq altı yarımstansiyanı da işə salıb.
Dövlətimizin başçısı müasir avadanlıqların quraşdırıldığı 35 və 10 kilovoltluq Qapalı Paylayıcı Qurğulara baxıb. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb.
Prezident İlham Əliyevə yarımstansiyanın həyətindəki 110 kilovoltluq Açıq Paylayıcı Qurğu haqqında da ətraflı məlumat verilib. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm paytaxtda, həm də bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.
Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 699 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31